Cari ilin yanvar ayından İrandan Gürcüstana gələn turistlərin sayında azalma müşahidə olunub.
FED.az xəbər verir ki, Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, 2019-cu ilin yanvar ayında İrandan bu ölkəyə gələn turistlərin sayı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 41 faiz azalıb.
Belə ki, keçən ilin yanvar ayında İrandan Gürcüstana 14 min 322 nəfər səfər etmişdisə, cari ilin yanvarında onların sayı 8 min 924 nəfər təşkil edib.
Eləcə də bax: Bodruma gedən azərbaycanlıların - SAYI AÇIQLANIB
Administrasiyanın məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana gələnlərin sayında 3,4 faiz, Türkiyədən gələnlərin sayında 20,2 faiz, Hindistandan gələnlərin sayında 5,9 faiz, Ermənistandan gələnlərin sayında isə 5 faiz azalma qeydə alınıb.
Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Filippin, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanı və Polşadan gələnlərin sayında isə artım müşahidə olunub.
Ümumiyyətlə isə yanvar ayında Gürcüstana turist kimi 305 min 939 nəfər səfər edib.