Azərbaycanda hüquq mühafizə orqanları otellərə gəlib turistləri incidirlər. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında turist sektorundakı vəziyyətdən danışarkən bildirib: «Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır».
Eləcə də bax: Turistlərdən rüşvət alıb, dilənçilik edirlər – PREZİDENT ƏSƏBİLƏŞDİ
İlham Əliyev: «Hüquq mühafizə orqanları otellərə müdaxilə edirlər»
22:55
9 Aprel 2018