Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın hotelləri və hotel tipli müəssisələrində 1 milyon 808,4 min nəfər yerləşdirilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir .
Məlumata görə bunun da 1 milyon 119,6 min nəfəri Bakı şəhərinin payına düşüb.
Hesabat müddəti ərzində 82,1 min nəfər Qubadakı, 81,2 min nəfər Qəbələdəki, 69,1 min nəfər Qusardakı, 64,2 min nəfər isə Şabrandakı hotellərə və hotel tipli müəssisələrə yerləşdirilib.
Lənkəran hotelləri 61,7 min nəfərə yaxın, Şamaxı hotelləri isə 33,3 min nəfər müştəri qəbul edib.
Bundan başqa ilk onluğa Naftalan şəhəri (33,2 min nəfər), Xaçmaz rayonu (29,5 min nəfər), Qax rayonu da (26,2 min nəfər) daxildir.
Şuşadakı hotel və hotel tipli müəssisələrə isə 18,8 min nəfərdən çox şəxs yerləşdirilib.
Ən göstərici isə Neftçala (68 nəfər), Saatlı (100 nəfər), Daşkəsən (192 nəfər) və Zərdab (197 nəfər) rayonlarında olub.