"Baku Hotel Company" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir. Qeyd edək ki, "Baku Hotel Company" "Hyatt Regency Baku" mehmanxanasını idarə edən şirkət kimi tanınır.
Eləcə də bax: Lənkərandakı otel şirkəti ikiyə - BÖLÜNÜR
FED.az şirkətin elanına istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
1996-cı ildə yaradılmış nümayəndəliyin qanuni təmsilçisi Rəhimov Faiq Nizaməddin oğludur. (Marja)