Azərbaycanda hostel xidməti göstərəcək yeni şirkət - “MYHOSTEL BAKU” MMC yaradılıb. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, müştərilərə hostel xidməti göstərəcək şirkət Rəşid Behbudov küçəsi ev 64, mənzil 18 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Əsgərov Nurəddin Rəfael oğludur.
Qeyd edək ki, son vaxtlar turizm sektorunun canladığı bir vaxtda Azərbaycanda hostellərin sayı durmadan artır.
Hostel xidməti göstərəcək daha bir şirkət yaradılıb
10:52
22 Noy 2017