Azərbaycan Turizm Assosiasiyasının (AzTA) Hindistanda nümayəndəliyi açılıb. Hazırda iki ölkə arasında birbaşa aviareysin açılması istiqamətində danışıqlar aparılır.
FED.az xəbər verir ki, bunu açıqlamasında AzTA-nın İdarə Heyətinin sədri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Hinistanın Turizm Assosiasiyası ilə müqavilə imzalayıb və əməkdaşlıq edib: “Onlar Azərbaycanın turizm potensialını təbliğ etməyi üzərlərinə götürüblər. Bu il ölkəyə Hindistandan gələn turistlərin sayını artıracağıq. Bundan başqa, 2019-cu ildən Hinistandan Azərbaycana birbaşa aviareyslər olacaq”.