Bu yay mövsümündə daxili turizmə maraq artacaq, çünki əvvəlki illər xaricə gedən vətəndaşlarımız pandemiya səbəbindən daxili turizmə üstünlük verəcək.
Eləcə də bax: Azərbaycanda hotellərin gəlirləri - 43% Azalıb
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, pandemiyadan əvvəlki illərin statistikası göstərir ki, dincəlmək üçün Azərbaycandan xarici gedənlərin sayı Azərbaycana gələnlərdən daha çox idi:
“2019-cu ildə 5 567 000 vətəndaşımız turist kimi xaricə gedib. Həmin dövrdə ölkəmizə gələnlərin sayı isə 3 170 000 nəfər olub. Göründüyü kimi xaricə gedənlərin sayı ölkəyə gələnlərin sayından xeyli çox olub.
Lakin pandemiya ilə əlaqədar xaricə gedənlərin sayında kəskin azalma olacaq. Məsələn, bu ilin birinci rübünün yekunlarına əsasən səyahət edənlərin sayı 8.4 dəfə azalaraq 111 000 nəfər olub və onlar da əsasən, Türkiyə, Rusiya və Gürcüstana səfər edən vətəndaşlarımızdır”.
Deputatın sözlərinə görə, Azərbaycandan xaricə gedənlərin sayında kəskin azalma daxili turizm üçün yeni imkanlar yaradır: “Yəni xaricə gedən insanların sayının azalması daxili turizmə marağın genişlənməsinə və daxili turizmin gəlirlərinin artmasına səbəb olacaq. 2021-ci ildə turizm sahəsində əsas hədəf daxili turizmin imkalarının genişləndirilməsi olacaq”.(Trend)