Ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq “Azərbaycan Hava Yolları”nın reyslərinin təqviminə təsir etməyəcək.
FED.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
O bildirib ki, ölkə ərazisində müşahidə ediləcək güclü küləklə əlaqədar reyslərin vaxtına dəyişiklik edilməyib:
“Hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentindən verilən xəbərdarlıqla əlaqədar AZAL reyslərinin təqvimində dəyişiklik yoxdur. Bütün reyslər qrafik üzrə aparılır”.