Avqust ayında Gürcüstanın turizmdən gəlirləri 47 milyon dollar və ya ötən ilin avqustu ilə müqayisəədə 10,6% azalıb.
FED.az Gürcüstan Milli Bankına istinadən xəbər verir ki, ötən ay ölkə turizmdən 396,1 milyon dollar qazana bilib.
Eləcə də bax: Gürcüstana ən böyük sərmayəni - AZƏRBAYCAN YATIRIB – 3 MİLYARD DOLLAR Antalyaya gələn turist sayında - TARİXİ REKORD
Avqust ayı Gürcüstanın turizmdən gəliroərinin azaldığı ikinci aydır – iyulda da gəlirlər 13,3%, və ya 57,8 milyon dollar azalmışdı.
Bununla yanaşı, Bank bildirir ki, ümumilikdə ilk 8 ayda ölkənin turizm gəlirləri əvvəlki illə müqayisədə 4,1% artıb. Bu dövrdə Gürcüstana 6 milyon 216,5 min turist gəlib.