Ötən ay Gürcüstan turizmdən 374,7 mln. dollar gəlir əldə edib.
FED.az“Report”un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin turizmdən gəliri 57,8 mln. dollar və ya 13,3% azalıb.
Yanvar-iyul aylarında isə Gürcüstanın turizmdən qazancı 1 830,7 mln. dollar təşkil edib. Ən çox gəlir iyul, ən az gəlir isə 164,5 mln. dollarolmaqla yanvar ayının payına düşüb.