İyunda Gürcüstan turizmdən 11,2 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Eləcə də bax: Azərbaycana turist axını - 2 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkənin turizm gəlirləri 329 milyon ABŞ dolları, yaxud 97% azalıb.
Sənədə əsasən, ötən ay Gürcüstan sərhədlərini 38 min əcnəbi keçib ki, bu da ötən ilin eyni göstəricisindən 96% azdır.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Gürcüstan martın 18-dən sərhədlərini əcnəbilər üçün bağlayıb.
"report"