2018-ci ilin sonuna olan məlumata görə, Gürcüstanda 1 639 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib.
FED.az "Marja"ya istinadən xəbər verir ki, Gürcüstan Statistika Komitəsinin məlumatına görə, mehmanxanaların sayı 2017-ci illə müqayisədə 44 ədəd çoxdur, amma son beş il ərzində onların sayı ikiqat artıb.
Eləcə də bax: Azərbaycanda oteldə turistlərə - «MARAL VANNASI» - TƏKLİF OLUNACAQ
Ötən il mehmanxanalarda nömrələrin sayı 2 529 artaraq 33 186 təşkil edib. Hər bir mehmanxanaya orta hesabla 20 nömrə düşür. 2010-cu illə müqayisədə nömrələrin sayı üç dəfə artıb.
2018-ci ildə mehmanxanalarda 3,7 milyon nəfər qalıb ki, bu da 2017-ci ildəkindən 285 000 çoxdur.
Gürcüstanda mehmanxanalarda 19 261 nəfər çalışır.