Banner

Turizm

Gürcüstana səfər edənlərin - SAYI 8,8% ARTIB

Gürcüstana səfər edənlərin - SAYI 8,8% ARTIB | FED.az
19:37 2 İyul 2019
Bu ilin yanvar-iyun aylarında Gürcüstana səfər edən turistlərin sayı 2 127 142 nəfər təşkil edib. FED.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
 
İllik müqayisədə qonşu ölkəyə səfər edən turistlərin sayı 193 368 nəfər və ya 10% artıb. İlin ilk altı ayı ərzində Gürcüstana 3 862 444 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 8,4% çoxdur.

Yalnız iyun ayında isə qonşu ölkə 873 966 əcnəbi ziyarətçi (+20,2%) qəbul edib. Ötən ay Gürcüstana ən çox Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşları səfər ediblər. Azərbaycandan Gürcüstana gedən turistlərin sayı illik müqayisədə 8,8% artıb. 

 

Digər xəbərlər

Banner