Gürcüstan ərazisinə daxil olan xarici ölkə vətəndaşlarından son 72 saat ərzində əldə edilmiş koronavirus PSR testinin neqativ cavabını təsdiqləyən sənəd və ya antikor test sertifikatı tələb ediləcək.
FED.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə müsahibəsində Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancqava bildirib.
Eləcə də bax: Gürcüstana səfər edənlərdən “COVID pasport”u tələb olunacaq
Onun sözlərinə görə, əcnəbi səyahətçilərdən əlavə olaraq koronavirus müalicəsini də əhatə edən tibbi sığorta, tibbi maskadan istifadə və termal yoxlanışdan keçmə tələb olunacaq.
Qeyd edək ki, Gürcüstan əcnəbi turistlərin qəbuluna iyulun 1-dən başlamağı planlaşdırır.
Apa