Son yeddi ay ərzində Gürcüstana səfər edən turistlərin sayında Azərbaycan birinci olub.FED.az ."gaxa.ge"yə istinadən xəbər verir ki bu barədə Gürcüstan Milli Turizm İdarəsinin rəhbəri Georgi Çoqovadze bu gün keçirdiyi mətbuat konfransında deyib.
Ümumilikdə, cəmi yeddi ayda 4,6 milyondan çox beynəlxalq ziyarətçi Gürcüstana səfər edib ki, bu da ötən ilin yanvar-iyulundan 12,9 faiz çoxdur. Bu dövrdə səfər edən turistlərin sayı 21% artaraq demək olar ki, 2,5 mln təşkil edib.
G. Çoqovadze bildirib ki, Azərbaycandan sonra turistlərin sayı üzrə aparıcı ölkələr sırasına Rusiya (+ 24,1%), Türkiyə (+ 20,4%) və Ermənistan (+ 2,1%) daxildir.
AB ölkələrinə gəldikdə isə Estoniyadan Gürcüstana (+ 102%), İspaniyadan (+ 54%), Böyük Britaniyadan (+ 50%), Niderlanddan (+ 49%), Çex Respublikasından (+ 49%), Almaniyadan (48%), Latviyadan (+ 44%) və Fransadan (+ 36%) gələn turistlərin sayı artıb.
Son yeddi ayda siyahıda Koreya (+ 143%), Çin (+ 92%), Səudiyyə Ərəbistanı (+ 67%), Küveyt (+ 49%) və Belarus (+ 43%) turistlərinin da xüsusi artım müşahidə edilib.
2018-ci ilin yeddi ayı ərzində Gürcüstanın xarici turizmin gəlirləri 1,6 milyard dollardan çox olub. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 305 milyon dollar artaraq 28,9 faizə qədər yüksəlib.
Gürcüstana 4,6 milyon turist səfər edib - AZƏRBAYCANLILAR BİRİNCİDİR
16:28
3 Avq 2018