Banner

Turizm

Fransanın otel brendi - AZƏRBAYCANA DA GƏLDİ – FOTO

Fransanın otel brendi  - AZƏRBAYCANA DA GƏLDİ – FOTO | FED.az
11:30 23 Yan 2020

Azərbaycanda yeni otel tikilib.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu otelin adı “İBİS” Hoteldir. Mart ayından etibarən fəaliyyət göstəriləcəyi bildirilir.

Eləcə də bax: Ekspert: "Azərbaycan bankları otel tikintisində - İNVESTOR OLA BİLƏR"

İbis otel Xətai metro stansiyası yaxınlığında yerləşir. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırovun sözlərinə görə, Novruz bayramı üçün yeni otelin açılışı bu ilin mart ayının sonunadək planlaşdırılır.

Beynəlxalıq səyahət saytlarında qeyd olunur ki, Bakıda ilk İbis oteli qonaqları 202 rahat otaqla təmin edəcəkdir.

Bildirək ki, İbis Otelin baş qərargahı Fransada yerləşir, burada 1974-cü ildə Bordo şəhərində ilk otel açılıb. Bu brend 2018-ci ildə göstərilən məlumata görə 70 ölkədə 1174 oteli idarə edir. İbis otelləri iqtisadi otel tipinə aiddir, iki və ya üç ulduzlu olur.


 

Digər xəbərlər

Banner