Fərhad Aşurbəyli milli mətbəxin və qastronomik turizmin təbliğatı ilə məşğul olan QHT-nin sədri seçilib. FED.az xəbər verir ki, Milli mətbəxin və turizmin tanıdılması, dəstəklənməsi üzrə Alyansın təsisçilərinin bugün keçirilən iclasında tanınmış qastronomik bloqer Fərhad Aşurbəyli qurumun sədri seçilib.
F.Aşurbəylinin sözlərinə görə, bu vəzifədə onun əsas fəaliyyət istiqamətləri milli mətbəxin, qastronomik turizmin təbliği üçün layihələr hazırlamaq və həyata keçirmək, eyni zamanda milli mətbəx haqqında böyük təqdimatın hazırlanmasıdır.
Həmçinin TastyAzerbaijan brendinin, Bakıda qastronomik şou-rum/məktəblərin yaradılması və inkişafı nəzərdə tutulub. Bu isə şəhərimizin qonaqları, eləcə də yerli sakinlər milli mətbəxin istənilən yeməklərini öyrəmək üçün qastronomik turizmin əhəmiyyətli nöqtələrindən biri olacaq.
Fərhad Aşurbəyli sədr seçildi
20:26
21 İyun 2018