"Bir sıra aviaşirkətlər artıq Azərbaycana uçuşları artırmaq niyyətindədir".
FED.az xəbər verir ki, bunu Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, Cənubi Çin Hava Yolları və İsrail Hava Yolları şirkətləri aktivləşməyə başlayıb. Yaxın vaxtlarda "Etihad Airways" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq.
Büro sözçüsü qeyd edib ki, Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür: "Artıq 300-ə yaxın tur firması bunun üçün müraciət edib".
K.Quluzadə çarter reyslər üzrə aviaşirkətin hələlik müəyyən edilmədiyini deyib: "Bu, turoperatordan asılıdır. Bu, indiki halda "Pasha Holidays"dir. Düşünürəm ki, yerli aviaşirkətə üstünlük veriləcək".