Turizm

Ərəb turistləri uğrunda mübarizə - AZƏRBAYCANIN RƏQİBLƏRİ ÇIXIB

Ərəb turistləri uğrunda mübarizə - AZƏRBAYCANIN RƏQİBLƏRİ ÇIXIB | FED.az
16:35 3 May 2019

Bu ilin yay mövsümündə Azərbaycana Səüdiyyə Ərəbistanından gələn turistlərin sayı artacaq. Səbəb isə AZAL tərəfindən Səüdiyyə Ərəbistanına və bu ölkədən olan aviaşirkətin Azərbaycana həyata keçirdiyi reyslər üzrə uçuşların sayının artırılmasıdır. FED.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, bir neçə ölkədən Azərbaycana gələn turistlərin sayının azalmasına baxmayaraq, Səüdiyyə Ərəbistanından gələn turistlərin hesabına bu say kompensasiya olunacaq.

N. Bağırov qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında azalma müşahidə olunur. Buna səbəb isə Azərbaycanın bu sahədə rəqiblərinin artmasıdır.: "Ərəb turistləri çox pul xərclədiklərindən Rusiya, Qazaxıstan, Balkan ölkələri, Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələr də Körfəz ölkələrindən olan turistləri cəlb etməyə çalışırlar. Rəqabət çoxalıb, lakin ərəb ölkələrindən olan turistlərin sayı artmayıb. Ona görə də ərəb turistlərini ölkəmizə cəlb etmək üçün çoxlu işləmək lazımdır".

Eləcə də bax: Bu il Azərbaycana daha çox ərəb turisti gələcək

Digər xəbərlər

Banner