Bu günə kimi Azərbaycana səfər etmək istəyən əcnəbilərə 900 000-ə yaxın elektron viza verilib".
FED.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
ELƏCƏ DƏ BAX: “Buta Airways”in donanmasına daha bir təyyarə əlavə olundu
O bildirib ki, müraciətlərin çoxluğuna görə ilk onluqda İran İslam Respublikası (227 745), Səudiyyə Ərəbistanı (68 073), Pakistan (66 755), Türkiyə (56 546), Hindistan (52 759), Birləşmiş Ərəb Əmirlikləri (43 402), İsrail (37 949), Türkmənistan (34 044), Böyük Britaniya (31 147) və Almaniya (23 195) yer alır.
Şöbə müdiri xatırladıb ki, 95 ölkənin vətəndaşı və vətəndaşlığı olmayan şəxslər elektron viza üçün müraciət edə bilərlər: "Elektron viza tək girişlidir və etibarlılıq müddəti, ölkədə qalma müddəti 30 gün olmaqla, 90 gün təşkil edir. Standart və təcili elektron viza mövcuddur. Müraciətlər tək və ya qrup (2-10 nəfər) şəklində edilə bilər. Hazırda portal 9 dildə təqdim olunur: Azərbaycan, ingilis, rus, fransız, ispan, ərəb, fars, alman və italyan".
E.Niftəliyev qeyd edib ki, bu ilin may ayının 15-dən etibarən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən beynəlxalq statuslu hava limanlarında ASAN vizaların verilməsinə başlanılıb: "Bir sıra xarici dövlətlərin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi qüvvədədir. Bu dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ASAN Viza vasitəsilə gəliş vizalarını əldə edirlər. Əcnəbilər özunəxidmət terminalları vasitəsilə və ya ASAN Viza pəncərələrinə yaxınlaşaraq vizalarını alırlar".
Agentliyin sözçüsü bildirib ki, hazırda sadələşdirilmiş viza rejimi Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, İndoneziya, İran İslam Respublikası, İsrail, Koreya Respublikası, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı Krallığı, Sinqapur, Türkiyə Respublikası, Yaponiya, ABŞ (Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına Heydər Əliyev beynəlxalq hava limanında 30 günlük viza rəsmiləşdirilir) üçün tətbiq olunur: "Hava limanında alınan viza ilə Türkiyə Respublikası vətəndaşları 60 gün, digər ölkənin vətəndaşları 30 gün qala bilər. Yaponiya vətəndaşları üçün viza ödənişsizdir".
Ən çox bu ölkələrin vətəndaşları ASAN viza alıb – SİYAHI
19:38
4 Dek 2018