Birləşmiş Ərəb Əmirliklərinin Ras-Əl-Xeyma əmirliyində dünyanın ən uzun kanat yolu açılıb.
FED.az xəbər verir ki, Cebel Cays dağlarında yerləşən və Ginnessin rekordlar kitabına düşən yeni attraksion 2,83 kilometrdir.
İki xətdən ibarət olan kanatın gün ərzində 200 və ya il ərzində təxminən 100 min adama xidmət göstərəcəyi gözlənilir. Bir enmənin qiyməti 650 dirhəmdir (178 ABŞ dolları). Yolda olma müddəti 2-3 dəqiqə arasıdır. Ekstremal vəziyyət həvəskarının çəkisi maksimum 150, minimum 45 kiloqram olmalıdır.
Xatırladaq ki, bundan əvvəlki rekord Puerto-Rikoda uzunluğu 2,2 kilometrə bərabər olan kanata məxsusdur.