Dünyanın ən güclü pasportunun Yaponiyanın pasportu olduğu bildirilib.
FED.az xəbər verir ki, "Henley Pasaport" İndeksinə görə, 2018-ci ildə dünyanın ən güclü pasportu 189 ölkəyə vizasız giriş edilə bilən Yaponiyanın pasportu olub.
İndeksdə ikinci yeri 188 ölkəyə vizasız giriş imkanına malik Sinqapur və Almaniya, üçüncü yeri isə Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç pasportları tutub.
Azərbaycan pasportu indeksdə 66 ölkəyə vizasız giriş imkanı ilə 70-ci yeri tutub. Azərbaycan 2016-cı ildə 75-ci, 2017-cı ildə isə 74-cü yerdə idi.
"Henley Pasaport" İndeksi, Beynəlxalq Hava Nəqliyyatı Birliyinin (İATA) xüsusi məlumatlarına əsaslanır.