ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub. Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür.
FED.az xəbər verir ki, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb. Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar.
Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var.
Zirehli evin tikintisi altı ilə başa gəlib.