Dünyanın ən böyük və ən lüks təyyarəsi olan “Crystal Skye” 300 sərnişini daşımaq üçün istehsal olunub, ancaq sonradan 80 nəfər üçün dizayn edilib.
FED.az xarici KİV-lərə istinadla xəbər verir ki, təyyarənin oturacaqlarında iki fərqli sahə mövcuddur. Həmçinin burada USB portları, sürətli internet, yastıq və yorğan, televizor, açıb-bağlanan divanlar və s. var.
Təyyarədə 12 nəfər işləyir, onlar 38 müxtəlif dildə danışa bilirlər. Burada geniş bar və günorta yeməyi üçün mətbəx də var. Hətta menyu zamanı sərnişinlərə istəyindən asılı olaraq müxtəlif içkilər də təklif edilir. Təyyarənin bir istiqamətdə - Londondan Nyu-York istiqamətində uçması üçün kirayəsi 310 min ABŞ dollarıdır.