Seul – Çedju (Koreya boğazında yerləşən Çedjudo adasında şəhər) aviareysi dünyada ən populyar aviaistiqamət olub.
FED.az xəbər verir ki, bu barədə “Routes” onlayn-servisi məlumat yayıb.
Qeyd olunur ki, 2017-ci ildə bu istiqamətdə aviareysdən 13 milyondan çox insan istifadə edib. Beləliklə, Cənubi Koreya paytaxtından Çedjuya hər gün təxminən 180 reys icra olunub.
Bir il öncə bu istiqamət dünyada ən yüklənmiş istiqamət hesab olunurdu: 2017-ci ildən marşrutun populyarlığı təxminən 10 faiz artıb.
Servisin məlumatına görə, ikinci yerdə Melburn – Sidney aviaistiqaməti olub: 2017-ci ildə bu reysdən 9 milyondan çox sərnişin istifadə edib, üçüncü 8,7 milyon sərnişin göstəricisi ilə Sapporo (Yaponiyada böyüklüyünə görə dördüncü şəhər) – Tokio aviaistiqaməti olub.