Turizm

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

Dubay-Bakı-Dubay aviareysi ləğv edilib | FED.az
20:30 6 Avq 2019

Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib.

FED.az  Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də “FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.
Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində “FZ 8946” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi. 
Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

Digər xəbərlər