Azərbaycan Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğunun ərazisində müasir infrastrukturun yaradılması üzrə təkliflər hazırlayır.
FED.az-ın məlumatına görə, bunu Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda qış turizmi bu tarixdən – BAŞLAYACAQ
Onun sözlərinə görə, hazırda “Yanardağ” dövlət tarixi-mədəni və təbii qoruğunun rekonstruksiyası üzrə işlər davam etdirilir.
K.Quluzadə qeyd edib ki, agentliyin strukturuna “Yanardağ”dan əlavə “Atəşgah” Dövlət tarixi-memarlıq qoruğu, “Basqal” Dövlət tarixi-mədəni qoruğu, “Xınalıq” Dövlət tarixi-memarlıq və etnoqrafik qoruğu, “Lahıc” Dövlət tarixi-mədəni qoruğu, Şəkinin “Yuxarı Baş” Dövlət tarixi-memarlıq qoruğu və “Kiş” Dövlət tarixi-memarlıq qoruğu agentliyin strukturuna daxildir. Azərbaycan Prezidenti “Basqal” qoruğunun mövcud vəziyyəti barədə müvafiq məlumatın, eləcə bu qoruq ərazisində turizm infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması barədə sərəncam imzalayıb.
Agentlik rəsmisinin sözlərinə görə, analoji işlər daha beş qoruq ərazisində aparılacaq.
Dövlət Turizm Agentliyindən – TƏKLİFLƏR
19:52
27 Noy 2018