ABŞ prezidenti Donald Tramp «doğuş turizmi»nin - ABŞ-da uşaq doğub vətəndaşlıq almaq üçün gələnlərin qarşısını almaq niyyətindədir. Bu barədə yeni viza qaydalarında bildirilir
Eləcə də bax: Sabahdan ABŞ-da hamilə qadınlara viza verilməsi üçün yeni qaydalar - TƏTBİQ EDİLƏCƏK
Dəyişikliklər B tipli vizaların qaydalarına aiddir – bu vizalar ölkəyə qısamüddətli işgüzar səfərlər üçün verilir. Yeni qaydalara görə, konsulluğa səlahiyyət veriləcək ki, ABŞ-a gəlmək istəyən şəxsdən şübhələnsələr ki, uşaq doğub vətəndaşlıq almaq niyyətindədir, belələrinə viza verməsinlər. Bu yenilik «doğuş turizmi» sahəsindəki cinayətkar biznesə zərbə vura bilər. Doğrudur, qaydalara görə konsulluq işçiləri viza istəyən qadınlardan hamilə olub-olmadıqların soruşa bilməzlər, amma onlar hökmən səyahətin məqsədini dəqiqləşdirməlidirlər.
ABŞ-ın immiqrasiya tədqiqatları mərkəzinin məlumatına görə, hər il ABŞ-da xaricilərin 36 min uşağı doğulur, onlardan fərqli olaraq yerli vətəndaşlar övlad artırmağa tələsmirlər. 2019-cu ildə ABŞ-da əhali artımı son 100 ildə ən aşağı həddə düşüb. 2018-2019-cu illərdə ABŞ-da əhali cəmi 1,5 mln nəfər artıb. Əhali arımının baş verməsi üçün hər bir amerika ailəsində 2.1 uşaq olmalıdır, indi isə bu göstərici 1,73 uşağı keçmir. Əvəzində 35 yaşdan sonra doğanların sayı artmaqdadır. Bunun əsas səbəbi xərclərdir, ABŞ-da doğuş xərcləri 11 min dollardan başlayır. Doğuşdan sonrakı xidmətləri də nəzərə alanda bu məbləğ 30 min dollara yüksələ bilər. Baxmayaraq ki, ABŞ-da qadınların orta aylıq gəliri 3,3 min dollar təşkil edir.
Amerikalılardan fərqli olaraq xaricilər ABŞ-da həvəslə dünyaya uşaq gətirirlər və buna görə iri məbləğlər də ödəməyə hazırdırlar. Məsələ bundadır ki, ABŞ Konstitusiyasına 14-cü düzəlişə görə, ABŞ əraisində doğulan istənilən uşaq ABŞ vətəndaşlığı alır. Özü də bu zaman uşağın valideynlərinin amerikalı olması tələbi yoxdur.
ABŞ vətəndaşı olmaq isə sərfəlidir: uşağın təhsil hüququ, dövlətdən sosial yardım və rəsmi işədüzəltmə sahəsində dövlətdən dəstək hüqüqu var. Ən maraqlı məqam – hansı ki, Tramp məhz bu səbəbdən bu qaydanı ləğv etmək istəyir - odur ki, uşaq 21 yaşa çatanda ailəsi ilə birləşmək hüququ əldə edir və bu hüquqdan istifadə etməklə yaxınlarını da ABŞ-a dəvət edib onlara “qrin kart” ala bilər. «Başqa sözlə, analar ona görə ABŞ-da doğmağa gəlirlər ki, ABŞ-a lövbər atsınlar» -deyə ekspertlər bildirirlər.
Son 20 ildə ABŞ-a miqrasiya yolu ilə 9 milyon nəfər köçüb. Bu ABŞ əhalisinin 3%-dir. Üstəlik bu 9 milyon nəfərin 70%-i ailə birləşməsi yolu ilə ABŞ-a köçünlərdir. Təkcə 2017-ci ildə ailə birləşməsi üçün ölkəyə 820 min nəfər köçüb.
Bu üsulla ABŞ-a ən çox çinlilər, norveçlilər və ruslar köçürlər. ABŞ-da doğuş qiymətləri 12,5 min dollardan başlayır. Bura doğuş xərci, həkim nəzarəti, viza dəstəyi, mənzil seçilməsi, yol pulu və sair aiddir. Xidmətlərin əhatəsriartdıqca xərclər də yüksəlir və 60 min dollaradək yüksələ bilər.
Amma ABŞ-da pulsuz doğuş da mümkündür. Qanunvericiliyə görə, tibb müəssisələri ölkəyə leqal viza ilə gələn və təcili köməyə etiyacı olanlara pulsuz xidmət göstərməlidirlər. Uşaq dünyaya gətirmək də bu xidmətlərə aiddir.