“Nordwind” aviaşirkəti Voronej-Bakı marşrutu üzrə birbaşa müntəzəm reyslər açmağı planlaşdırır.
Eləcə də bax: "Ukrayna Beynəlxalq Hava Yolları" Bakıya uçuşların sayını - Artırır
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“Uçuş proqramına avqustun 3-də start veriləcək və oktyabrın 26-dək davam edəcək”, - deyə məlumatda bildirilir.
Reyslər həftənin çərşənbə axşamı günü 110 yerlik “Embraer-190” hava gəmisi ilə yerinə yetiriləcək. (İnterfaks)