Səudiyyə Ərəbistanı ölkəyə səyahət məqsədilə gələn əcnəbi xanımların başına məcburi çarşab bağlaması qadağasını götürəcək.
FED.az xəbər verir ki, agentliyinin yaydığı məlumata görə, bu bəyanatla krallığın turizm naziri Əhməd əl-Katib çıxış edib.
O, agentliyə müsahibəsində deyib ki, ölkədə son illər böyük dəyişikliklər olub.
O, ölkəyə səyahət edən əcnəbi xanımlar üçün məcburi çarşab örtməklə bağlı yaranan çətinliyin aradan qaldırılağını, lakin bu ziyarətçilərin geyimləri məsələsində müəyyən şərtlərin qüvvədə qalacağını bildirib.
Nazir əlavə edib ki, ölkə daxilində yaşayan qadınların baş örtüyünün tamamilə götürülməsi məsələsi müzakirə olunmur.
“Bloomberg”