Banner

Turizm

Daha 3 aviaşirkət “Boeing” təyyarələri ilə uçuşu dayandırdı

Daha 3 aviaşirkət “Boeing” təyyarələri ilə uçuşu dayandırdı | FED.az
10:22 12 Mart 2019

Martın 10-da Efiopiyada 157 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra Latın Amerikasına məxsus 3 aviaşirkət “Boeing 737 MAX”  təyyarələrindən istifadəni dayandırıb.

FED.az xəbər verir ki, “FlightGlobal” portalının məlumatına görə, “Aerolineas Argentinas” 5, “Aeromexico” 6, “Gol” aviaşirkəti isə 7 təyyarə ilə uçuşu ləğv edib. 

Qeyd olunur ki, bu qərar Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) ilə məsləhətləşmədən sonra verilib.

Xatırladaq ki, qəzadan sonra Efiopiya başda olmaqla Çin, Böyük Britaniya, İndoneziya və Sinqapur da “Boeing” təyyarələrindən istifadəni dayandırıb.

Eləcə də bax: Bileti ucuzlaşdırıb əvəzini başqa xidmətlərdən çıxırlar

Digər xəbərlər

Banner