Çexiya Azərbaycanla birgə turist axınının artırılmasında maraqlıdır.
FED.az-ın məlumatına görə, bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert deyib.
ELƏCƏ DƏ BAX: Keçən il turizm kənd təsərrüfatından daha çox gəlir gətirib
M.Ekert bildirib ki, Çexiya həmçinin artıq populyar olan Praqa, Karlovı Varı və Bakı kimi istiqamətlərdən kənarda turist axınının artırılmasında maraqlıdır:
“Bu sahədə müsbət nəticələrin əldə olunması üçün Çexiyanın Azərbaycandakı səfirliyi Azərbaycanda ekoloji turizmin inkişafı üçün ekspertlərin cəlb olunmasında kömək imkanlarını nəzərdən keçirir”.
Səfir əlavə edib ki, bu imkanlardan biri Çexiyanın turizm markalaması (məsləhət görülən turist marşrutlarının qeyd olunması üçün xüsusi şərti işarələr sistemi) sahəsində təcrübəsinin tətbiq olunması ola bilər.
Çexiya bu sahədə Azərbaycana kömək etmək istəyir - TƏKLİF
20:17
13 Fev 2019