Xəbər verdiyimiz kimi bu gün Bakıda dünya turizm markalarının iştirakı ilə sərgi keçirilib.
FED.az xəbər verir ki, bu sərgidə Türkiyənin “Conrad Istanbul Bosphorus” hotelin nümayəndəliyi də iştrirak edib. Hotelin satış müdiri Oğuz Kayalı portalımıza açıqlamasında bildirib ki, bu sərgiyə qatılmaqda məqsədləri Azərbaycan-Türkiyə arasındakı turizm əlaqələrini daha da stimullaşdırmaqdır:
“Hotelimiz 1992-ci ildən fəaliyyət göstərir. Hazırda 553 otağımız müştərilərin xidmətindədir. Bunun 76-sı suite nömrələrdən ibarətdir. Otaqların ortalama qiyməti 200 avrodur.”
60 milyon dollarlıq yatırımla hotelin 2 il əvvəl tamamilə yeniləndiyini deyən Oğuz Kayalının sözlərinə, 2016 və 2017-ci illərdə Türkiyə ağır günlər yaşayırdı. Buna baxmayaraq Azərbaycan turizm istiqamətində həmişə Türkiyənin yanında olub:
“Həmin vaxtlarda Türkiyəyə üz döndərən ölkələr də oldu, amma Azərbaycan heç vaxt bizi tək qoymadı. Məsələn bizim hotelə gələn müştərilən sıralamasına görə, Azərbaycan 7-ci yerdə dayanır. Yəni bizim müştərilərimizin 8%-ni Azərbaycan gələn turistlər təşkil edir. Ən çox müştəri sayına görə Səudiyyə Ərəbistanı 13 % təşkil edir.”
“Çətin dövrlərdə Azərbaycan turistləri yanımızda olub” – TÜRKİYƏ HOTELİ
16:19
19 Aprel 2018