Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti bu gündən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.
Bakı-Tbilisi-Bakı qatarında səfərlərə - MƏHDUDİYYƏT QOYULDU
FED.az xəbər verir ki, bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, qərar martın 24-dək qüvvədə olacaq.
Azərbaycan - Gürcüstan sərhədi - MÜVƏQQƏTİ BAĞLANDI
Qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.
Xatırladaq ki, COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib: https://www.butaairways.az/az/article/news-13032020.