Azərbaycan hökuməti 2019-cu ildə ölkənin turizm potensialının inkişafı üçün Dövlət Turizm Agentliyinə 49,3 mln. manat (cari məzənnə ilə $29 mln.) ayırmağı planlaşdırır.
“Parlamentə təqdim olunan 2019-cu il dövlət büdcəsi layihəsində ölkənin turizm potensialının inkişafına Dövlət Turizm Agentliyinə 49,3 mln. manatın ayrılması nəzərdə tutulur”, - hökumətdən qeyd ediblər.
Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən Dövlət Turizm Agentliyi yaradılıb.
Öncə məlumat verilib ki, DTA 6 ölkədə - Rusiya, Hindistan, Almaniya, Səudiyyə Ərəbistanı, Çin, BƏƏ-də öz nümayəndəliklərini açmağı planlaşdırır.