İtalyan turist: Şəbəkə sənəti Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqləyir
Azərbaycanın turizm mərkəzlərindən olan Şəkiyə turistlərin sayında xeyli artım var. FED.az xəbər verir ki, ilkin məlumata görə, ilin əvvəlindən bu qədim diyara 150 mindən çox turist gəlib.
Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğudur.
Buradakı muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya, İran, həmçinin Avropa ölkələrindən gələnlər üstünlük təşkil edirlər.