Bu ilin birinci yarısında Azərbaycandan Dubaya gələn turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62 % artıb.
Səudiyyəli turistlər üçün Azərbaycana uçuşlar 31 %-dən çox ucuzlaşıb
FED.az xəbər verir ki, bunu Dubayın İqtisadiyyat və Turizm Departamentinin Asiya-Sakit Okean regionu üzrə beynəlxalq əməliyyatlar üzrə regional direktoru Şahab Şayan bildirib.
Onun sözlərinə görə, keçən il isə Dubaya gələn azərbaycanlı turistlərin sayı 69% artıb və bu tendensiya 2024-cü ildə də davam edir: “Bu, Dubayın artan populyarlığından xəbər verir. Bakı və Dubay arasında birbaşa hava əlaqələrinin genişləndirilməsi də əməkdaşlığın gücləndirilməsinə kömək edir”.
Ş. Şayan bildirib ki, Azərbaycan və Dubay arasındakı münasibətlər çox yaxşı inkişaf edir və bu inkişafda müsbət tendensiyalar müşahidə olunur: “Dubayın əsas məqsədlərindən biri öz ümumi daxili məhsulunu ikiqat artırmaqdır. Bunun üçün müxtəlif investisiya imkanları, xüsusilə investorlara təklif olunan alətlər və vasitələr mövcuddur. Məsələn, bir il əvvəl təqdim edilmiş "Qızıl Viza" təşəbbüsü Azərbaycan vətəndaşlarına Dubayda istədikləri qədər yaşamağa və investisiya qoymağa imkan verən 10 illik viza təqdim edir. Digər viza növləri də var, məsələn, "İnvestor Viza"sı və "Tərəfdaş Viza"sı. Biz öz tərəfimizdən Dubaya investisiya qoymaq istəyən investorlara mümkün olan bütün yardım və dəstəyi göstərməyə hazırıq”. (Report)