2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 milyon 682,4 min və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az xəbər verir ki, gələnlərin 29,8 faizi Rusiya, 22,1 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 8,2 faizi İran, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla, Hindistan və Ukrayna, hər birindən 1,7 faiz olmaqla, İraq və Türkmənistan, 1,6 faizi İsrail, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Eləcə də bax: Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk - "5-LİK"DƏ YER ALIB
Maraqlısı isə odur ki, gələnlərin 66,1 faizini kişilər, 33,9 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5 faiz), Hindistan (66,5 faiz), Çin (64,2 faiz), Misir (62,5 faiz), Səudiyyə Ərəbistanı (43,7 faiz), Malayziya (41,3 faiz), Filippin (36,6 faiz), Polşa (32,7 faiz), Macarıstan (31,4 faiz), İspaniya (28,9 faiz), Özbəkistan (26,1 faiz), Qazaxıstan (24,1 faiz), Böyük Britaniya (23,7 faiz), Almaniya (21,3 faiz), Gürcüstan (21,2 faiz) və Cənubi Koreya (20,3 faiz) vətəndaşları arasında qeydə alınıb.
Eyni zamanda, cari ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3 faiz artaraq, 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2 faiz artaraq, 974,2 min nəfər olub.
Məlumata görə, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58 faizi dəmir yolu və avtomobil, 41,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.