Turizm

British Airways bütün uçuşlarını - TƏXİRƏ SALIB

British Airways bütün uçuşlarını - TƏXİRƏ SALIB | FED.az
18:01 7 Avq 2019

British Airways aviaşirkəti avqustun 7-də bütün uçuşlarını təxirə salıb. FED.az BBC telekanalının saytına istinadla xəbər verir ki, aviaşirkətini bu addımının səbəbi informasiya texnologiyaları sistemində baş verən nasazlıqdır.

Qeyd olunur ki, uçuşların təxirə salınması Londonun və digər şəhərlərin aeroportlarında bu şirkətin reysləri ilə uçan sərnişinlər arasında xaosa səbəb olub. Londonun ən böyük Gatwick and Heathrow aeroportlarında, habelə Edinburq, Qlazqo və Belfastda ciddi problemlər yaranıb. Sərnişinlərə problemin bütün Avropa boyu yayılacağı barədə xəbərdarlıq edilib.

British Airways aviaşirkəti yaranmış vəziyyətə görə sərnişinlərdən üzr istəyib. Şirkətin bəyanatında bildirilir ki, insanların səyahət planlarının pozulması çox böyük narahatlıq doğurur və mütəxəssislər problemin tezliklə aradan qaldırılması istiqamətində iş aparırlar. Aeroportlara gəlməyə hazırlaşan insanlara isə check ba.com saytı vasitəsilə uçuşların bərpa olunacağı vaxtı izləmək məsləhət görülüb.

İki il əvvəl də British Airways aviaşirkəti kompüterlərin sıradan çıxması problemi ilə üzləşmişdi.

Digər xəbərlər