Böyük Britaniya hökuməti Türkiyə vətəndaşlarına verdiyi daimi yaşayış icazəsini ləğv edib.
FED.az-ın "Hürriyet"ə istinadən yaydığı xəbərə görə, İngiltərə Daxili İşlər Nazirliyi Ankara müqaviləsi çərçivəsində Türkiyə vətəndaşlarına verdiyi daimi yaşayış icazəsinin ləğvinə qərar verib. Bundan sonra Türkiyə vətəndaşları sadəcə, vizalarının müddətini müəyyən müddətə uzada biləcəklər.
Ankara müqavilsəinə əsasən Türkiyə vətəndaşları birinci müraciətlərində 1 il, daha sonra isə 3 illik viza alıb, 4-cü il tamam olanda daimi yaşayış icazəsinə sahib olurdular. Yeni qərarla bu, aradan qaldırılıb. Nazirlik qeyd edib ki, bundan sonra İngiltərədə iş quran türklər və ailələri viza üçün müraciət etsələr, onlara yalnız yaşayış icazələrini 3 il uzatmaq hüququ veriləcək.
Nazirlik bu dəyişikliyə əsasən yeni bir viza kateqoriyası yaradacağını bildirib (apa.az).
Britaniya Türkiyə vətəndaşları üçün daimi yaşayış icazəsini ləğv edib
19:21
16 Mart 2018