Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres, yeni növ koronavirusun (Kovid-19) dünyanın ən vacib iqtisadi sektorlarından biri olan turizmə təsiri ilə bağlı hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, turizmin hər 10 nəfərdən 1 nəfəri işlə təmin etdiyini, eyni zamanda epidemiyanın turizm sektoruna da zərər verdiyini söyləyən Guterres '' 2020-ci ilin ilk beş ayında beynəlxalq turistlərin gəlişi yarıdan çox azaldı və turizmdən gələn gəlirlərdə 320 milyard dollar itki oldu. '' dedi.
''120 milyon insan iş yerlərini itirmə riski ilə qarşılaşıb''
Turizm sahəsindəki gəlir itkisinin 1,2 trilyon dollara çata biləcəyini qeyd edən Guterres "120 milyon insanın iş yerini itirmə riski var" deyib.
Guterres koronavirus epidemiyasının turizm sektorundakı inkişaf etmiş ölkələr üçün böyük bir şok effekti yaratdığını vurğulayıb. Epidemiyanın xüsusilə inkişaf edən və bir çox kiçik ada dövlətləri və Afrika ölkələri üçün fövqəladə vəziyyət yaratdığını bildirib.
Guterres turizm gəlirlərinin azaldığına görə qorunan ərazilərdə brakonyerliyin artdığını bildirib.
Guterres turizm sektorunun yenidən qurulmasının iqlim hədəflərinə uyğun olaraq təhlükəsiz və bərpa edilməli olduğunu bildirib. Turizm sektorunda texnologiyanın istifadəsinin maksimum dərəcədə artırılmalı olduğunu qeyd edən Guterres davamlılığın və yaşıl böyümənin vacibliyini vurğulayıb.