Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.FED.az xəbər verir ki, mer səfər çərçivəsində aprelin 12-də AZAL prezidenti Cahangir Əsgərovla görüşmüşdür. Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəmreyslərin açılacağından məmnunluq ifadə etmişdirlər. Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyatakeçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.Cahangir Əsgərov bildirmişdir ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq,ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir.
Batuminin meri «Buta Airways»ın reysindən - RAZI QALIB
16:25
12 Aprel 2019