Paytaxt Bakıda Novruz bayramı ərəfəsi artıq 5 ulduzlu bəzi otellərdə 1 otağın günlük gecələməsi öncədən artıq rezerv edilib, yəni yer yoxdur.
Eləcə də bax: Azərbaycan otellərindən Novruz Bayramı təklifləri - QİYMƏTLƏR
Siyahıda ilk pillədə “Four Season” otelidir. Burada bir otaqlı qoşa çarpayı 438 manatdır. İkinci ən baha otel “Fairmont Baku”dur – 305 AZN
FED.az Banker.az-a istinadən Bakı şəhərində yerləşən 20 və 21 mart tarixində bir otaqlı və iki çarpayıdan ibarət olan və 5 ulduzlu lüks otellərin siyahısını araşdırdıq.
Bildirək ki, Port Bakuda – martın 20,21,22-nə boş yer qalmayıb. “Hilton Baku”da 2 nəfərlik qoşa çarpayıdan ibarət 1 otaq artıq rezerv edilib, yalnız iki tək çarpayıdan ibarət bir otaq üçün boş yerlər qalıb ki, qiymət 243 AZN təşkil edir. Həmçinin “Holiday İnn” otelində də bir gecəlik 2 tək çarpayıdan ibarət bir otaq üçün boş yerlər var. Oteldə bir gecəlik rezerv edilmə 164 AZN-dir.
Four Seasons Hotel Baku – “Four Seasons Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına Azərbaycan muğamlarının adları verilmişdir. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Belə mərasimlərin keçirilməsi üçün oteldə həcmcə daha kiçik bir zal – 390 nəfərlik “Rast” zalı da fəaliyyət göstərir. Otelin “Şur”, “Çahargah”, “Bayatı Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. Oteldə iki nəfərlik “single” çarpayılı otaq 438 AZN təşkil edur. 1 gecəsi 2 neferlik Deluxe Old City otaq AZN 585.4 (bütün vergiler daxil, səhər yeməyi daxil olmadan). Əlavə səhər yeməyi üçün 50 AZN adam başı nəzərdə tutulub. Qiymətə basseyn və sauna da daxildir. Menyu üçün isə ayrıca restorana müraciət etmək lazımdır.
Fairmont Hotel Baku – Bakı şəhərində, “Alov qüllələri” kompleksində yerləşən beşulduzlu oteldir. Bir gecəsi Deluxe King otaq iki nəfərlik 305 AZN-dir. Vergi 2.60 AZN,yaxşı səhər yeməyi adambaşına 40 AZN təşkil edir. Otağın rezervi ləğv edilə bilən, əvvəlcədən heç bir ödəniş tələb olunmayan, səhər yeməyi daxil olmadan otağın rezervasiya edilməsi 355 AZN (vergi 2.60 AZN)-dir.Fairmont’un Le Bistro Restoranında Yerli mətbəxi olan müxtəlif yeməklər təqdim olunur. Orijinal və ənənəvi kokteyllərdən Nur Lounge Bar-da əylənə bilərsiniz. Balkon Kafedə bir sıra desertlər, həmçinin salatlar, sendviç və suşi təklif olunur.
JW Marriott Absheron Baku Hotel – Bu 5 ulduzlu otel şəhərin mərkəzində, Azadlıq meydanında yerləşir. JW Marriott Absheron Baku Otelində sauna sahəsi və 24 saat fəaliyyət göstərən idman salonu var. Oteldə həmçinin Xəzər dənizinin mənzərəsini təqdim edən qapalı hovuz var. Bu oteldə 2 qoşa çarpayı bir gecəlik 260 AZN və səhər yeməyinin qiyməti isə adambaşı 38 AZN-dir. Ancaq səhər yeməyi daxil olmaqla 1 gecəlik otaq rezervi 335 AZN-dir. 2 deluxe otağın qiyməti 520 AZN, 3 otağın qiyməti 781 AZN təşkil edir.
Hilton Baku – Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşir. Oteldə 2 ayrı-ayrı çarpayı ibarət otaq 243 AZN və səhər yeməyi adambaşına 38 AZN təşkil edir. 2.60 AZN isə vergi xidmətləridir. Pulsuz vifi, vergi də daxil olmaqla isə bir gecəlik otaq rezervi 277 AZN-dir.
Dinamo Hotel Baku – Dinamo Hotel Baku geniş yataq otağı, pulsuz WiFi, Beynəlxalq mətbəxi və ən yaxşı xəmir seçimi ilə klassik günorta çayları ilə unikal bir təcrübə təqdim edir. Otel vergi də daxil olmaqla bir gecəlik böyük qoşa çarpayıdan ibarət otaq 209 AZN və səhər yeməyi isə əlavə olaraq adambaşına 30 AZN təşkil edir. Ancaq səhər yeməyi, vergi, rezervi pulsuz ləğv etmə 311 AZN-dir.
Hyatt Regency Baku – Otel pulsuz vifi ilə təmin edir, hər bir otağın düz ekranlı televizoru, minibarı var. İki ayrı-ayrı çarpayılı otaq bir gecəlik, vergi də daxil olmaqla 168 AZN və yaxşı səhər yeməyi adambaşına 29.50 AZN təşkil edir. Bu oteldə vergi, səhər yeməyi, əvvəlcədən ödənişə ehtiyac olmadan, pulsuz rezerv ləğv edilmə da daxil olmaqla 260 AZN nəzərdə tutulub.
Holiday İnn – Qız Qalasından 1,5 km məsafədə yerləşən Holiday Inn Baku, sauna və qapalı hovuzu olan spa və sağlamlıq mərkəzinə malikdir. Pulsuz WiFi mövcuddur. Yeraltı dayanacaq pulsuzdur. Bakı Bulvarı, Hökümət Evi və böyük ticarət mərkəzləri qısa bir məsafədədir. Bu oteldə 20,21 mart tarixində 2 nəfərlik bir otaq səhər yeməyi daxil olmadan, vergi ilə birlikdə 167 AZN, səhər yeməyi, vergi daxil olmaqla isə 197 AZN nəzərdə tutulub.
Boulevard Hotel Baku Autograph Collection – Spa və sağlamlıq mərkəzi olan Boulevard Hotel Baku Autograf Collection, Xəzər dənizi sahilindən 5 dəqiqəlik məsafədə yerləşir. WiFi bütün sahələrdə mövcuddur və pulsuzdur. Bəzi otaqlarda minibar, Nespresso qəhvə maşını ilə təmin olunur. Otel Port Baku Mall-dan 4 km məsafədədir. Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər olan məsafə Bulvard Hotel Baku Avtoqraf Kolleksiyasından 23 km-dir. Taksi xidməti oteldə mövcuddur. Oteldə bir gecəyə iki nəfərlik böyük çarpayılı otaq 135 AZN (vergi 2.20 AZN), səhər yeməyi isə 25 AZN-dir. Səhər yeməyi daxil olmaqla isə otaq rezervi 177 AZN (vergi 2.20 AZN) təşkil edir.
İntourist Hotel Baku – Xəzər dənizi sahilindən 200 m məsafədə yerləşən İnturist Otel Baku Autoqrafiya kolleksiyasında spa və sağlamlıq mərkəzi mövcuddur. Həmçinin Pulsuz WiFi və pulsuz xüsusi parkinq də mövcuddur. Bu oteldə iki nəfərlik böyük qoşa çarpayıdan ibarət otaq 127 AZN (vergi 2.60 AZN), səhər yeməyi adambaşı 31.50 AZN nəzərdə tutulub. Səhər yeməyi, vergi daxil olmaqla isə 174 AZN təşkil edir. Həmçinin fitnes və spaya giriş bu ödənişlərə daxildir.