Rusiyanın “NordStar” aviaşirkəti martın 5-dən Samara üzərindən Norilsk-Bakı aviareyslərini həyata keçirməyə başlayacaq.
FED.az TASS agentliyinə istinadla xəbər verir ki, aviareyslər həftədə bir dəfə olmaqla yerinə yetiriləcək.
Hazırda aviaşirkətin təyyarələri Bakıya Ufa üzərindən uçur. Samara üzərindən uçuşlar həyata keçirilməsi ilə arktik şəhərdən Azərbaycan paytaxtına aviareyslərin sayı həftədə iki dəfəyə çatacaq. Yeni istiqamət üzrə aviareyslər Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək.