İranda baş verən nümayişlər Azərbaycandan bu ölkəyə ziyarətə gedənlərin sayına təsir etməyib. FED.az turizm şirkətlərinə istinadən xəbər verir ki, Bakıdan Məşhəd ziyarətinə gedənlərin səfərləri təxirə salınmayıb.
"Furqan Travel"-dən bildirdilər ki, yanvarın 15-də növbəti qrup yola düşəcək. Səfərin qiymətində də dəyişiklik olmayıb. Bakı-Məşhəd-Bakı ziyarət turlarının qiyməti 170-180 manat arasında dəyişir. Qiymətə nəqliyyat, 3 gün hoteldə qonaqlama, qidalanma daxildir.
Bakıdan təşkil edilən Məşhəd- Kərbəla-Məşhəd-Bakı reysləri də davam etdirilir. Həmin ziyarətlərin qiyməti 570 manatdır.
Bakıdan Məşhədə səfərlərdə nə dəyişdi?
12:17
9 Yan 2018