Turizm

Bakıdan İzmirə uçuşlar başlayacaq - QİYMƏTLƏR

Bakıdan İzmirə uçuşlar başlayacaq - QİYMƏTLƏR | FED.az
17:26 18 Aprel 2019

Cari ilin yay aylarında "Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq. FED.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

 

Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb.
Qeyd edək ki, sözügedən reysdə gediş 110 dollar, gəliş 90 dollar, ümumilikdə isə 200 dollar təşkil edəcək.

Digər xəbərlər