Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti iyunun əvvəlindən etibarən Dəmmam şəhərindən Bakıya birbaşa uçuşlara başlayır. FED.az xəbər verir ki, bu barədə “Flynas”ın Azərbaycanda rəsmi təmsilçisi olan "Khazar Travel" şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, Dəmmamdan Bakıya uçuşlar iyunun 6-dan etibarən başlayacaq və hər həftənin II, IV, VI və VII günləri yerinə yetiriləcək: "Uçuşlar "Airbus 320" təyyarəsi ilə həyata keçiriləcək. Dəmmamdan Bakıya təyyarə yerli vaxtla saat 8:00-da, əks istiqamətdə isə saat 13:10-da havaya qalxacaq. Hazırda bir biletin minimal qiyməti 680 manat təşkil edir".
Eləcə də bax: Şəxsi maşını ilə ilk dəfə Gürcüstan və Türkiyəyə gedənlərə - PULSUZ MƏSLƏHƏT