Son 3 ildə Azərbaycanda mənzillərini və evlərini turistlərə kirayəyə verən şəxslərin sayı təqribən 3 dəfə artıb.
Eləcə də bax: "Vergi güzəştləri evini icarəyə verən, ofis kirayə götürənlərə də aiddir"
FED.az xəbər verir ki, 2017-ci ilin əvvəlində paytaxtda turistlərə qısamüddətli kirayfə üçün 860 mənzil təklif edilirdisə, 2018-ci ilin əvvəlində bu rəqəm 2 dəfə artaraq 1730-a, 2019-cu ilin əvvəlində isə 2017-yə nisbətən 3 dəfə artaraq 2520-yə yüksəlib. 2019-cu ilin ortalarında – yay aylarında isə Bakıda turistlərə kirayəyə verilən evlərin sayı daha da artaraq 2800-ü keçib.
Öğən müddət ərxində bus ay bir qədər azalıb və hazırda 2200 ətrafındadır.
Bakıda xarici turistlərə evlərin əksəriyyəti bütünlüklə təqdim edilir – belə evlərin sayü 1832 və ya bütün təkliflərin 83%-i qədərdir. 300 təklifdə turistlərə ayrıca otaq, 60 təklifdə isə ortaq otaq təklif edilir.
Bakıda turistlərə ən çox 2 və 1 otaqlı mənzillər təklif edilir – müvafiq olaraq bütün təkliflərin 36% və 34%-i. 3 otaqlılar bütün təkliflərin 17%-ni təşkil edir.
Bakıda xarici turistlərə təklif olunan evlərin 1924-ü və ya 83%-i il ərzində 1-90 gün bronlanıb. 246 ev və ya bütün təkliflərin 11%-i 90-180 gün, 130 mənzil və ya 6% isə il ərzində 181-270 gün bronlanıb. Bakıda 19 mənzil xarici turistlər tərəfindən az qala hər gün bronlanıb – onların illik göstəricisi 270-365 gün təşkil edir.
Bakıda təklif edilən evlərin 95%-də internet, 94%-də kondisioner, 93%-də mətbəx, 91%-də istilik sistemi var. Eləcə də mənzillərin əksəriyyətində paltaryuyan maşın (88%), camaşırxana (83%) var.
Bakıda xarici turistlərə təklif edilən evlərin ortalama gündəlik kirayə haqqı 70 manatdır. İl ərzində ən yüksək kirayə haqqı 85 manat (avqust ayı), ən aşağı məbləğ isə 59 manat (fevral ayı) olub.
Paytaxt üzrə belə mənzillərin il ərzində orta doluluğu 33% təşkil edir. Ən yüksək doluluq avqsat ayında (50%), ən aşhağı doluluq isə oktyabrda (19%) qeydə alınıb.
Araşdırmalara görə, Bakıda turistlər üçün kirayə ev sahiblərinin aylıq qazancı 580 manat ətrafındadır. Ən yüksək aylıq qazancı sentabrda (887 manat), ən aşağı aylıq maaş isə oktyabrda (339 manat) qeydə alınır.