Azərbaycanda da mərkəzi küçələrdə “Küçə sənətçiləri” fəaliyyət göstərəcək. FED.az xəbər verir ki, bunu jurnalistlərə Bakı Turizm İnformasiya mərkəzinin direktoru Rüfət Bağırov bildirib.
Onun sözlərinə görə, küçə sənətçiləri Bakı şəhərində Dənizkənarı Milli Parkda, “İçərişəhər”də və Nizami küçəsində fəaliyyət göstərəcəklər.
Rüfət Bağırov həmçinin onu da vurğulayıb ki, fəaliyyət göstərmək istəyən istedadlı insanlar heç bir rüsum ödəmədən kastinqdən keçəcəklər və yalnız bundan sonra fəaliyyət göstərə biləcəklər.
Həmçinin o da vurğulanıb ki, “küçə sənəti” ilə məşğul olan şəxslərdən vergi tutulmayacaq çünki turistlərinonlara verəcəyi bəxşiş sayılır və bəxşişdən vergi tutulmur.
Bakıda da “Küçə sənətçiləri” fəaliyyət göstərəcək
12:48
26 İyul 2019