FED.az xəbər verir ki, "Skal International Baku" (Azərbaycan Turizm Peşəkarları Assosasiyası) təşkilatçılığı ilə Bakıda Pullman hoteldə mayın 12-də "TMW - Tourism Meetup & Workshop" adlı turizm tədbiri keçiriləcək.
Tədbir, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış Turizm sənayesinin inkişafına dair Strateji Yol xəritəsi”-nin müddəalarını rəhbər tutaraq həyata keçirilir.
3 paneldən ibarət olacaq tədbirdə, 12 yerli və xarici tanınmış spikerlərin məruzə və təqdimatları yer alacaq. Mövzular “Turizmin ölkə iqtisadiyyatında rolu”, “Turizm bazarında yeni trendlər və marketinq siyasəti" və “Turizm bazarında imkanlar, yeni bazarlar"-dan ibarət olacaq.
Tədbirin əsas mövzusu “Turizm məhsulu, Yeni imkanlar, Bazarlar və Müasir trendlər”dir.
500 iştirakçının qatılacağı planlaşdırılan tədbirin 1 gün ərzində 09:00-da başlayıb 17:00-dək davam etməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Turizm Şurası, Azərbaycan Turizm Şurası işçi qrup nümayədləri, Milli Məclis, Gənclər fondu, Asan Xidmət və s. eləcə də, ölkədə fəaliyyət göstərən bir sıra nüfuzlu turizm assosasiya və qurumların təmsilçilərinin – ASK (Azərbaycan Sahibkarlar Konfederasiyası), AZTA (Azərbaycan Turizm Assosasiyası), AHTTSA (Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyası), AZCB (Azərbaycan Konqreslər Bürosu), Milli Turizm Təbliğat Bürosu, Turizm İnformasiya mərkəzləri və s) və elm təhsil müəssisələrinin – ATMU (Azərbaycan Turizm və Menecment Universiteti, BTPM (Azərbaycan Turizm Peşə Məktəbi və s.) iştirakı da nəzərdə tutulub.
İştirak biletlədir.
Online qeydiyyat üçün: https://www.skal.az/turizm-
Əlaqə Nömrəsi: +994 55 522 37 68